“Duyğular imperiyası” Gürcüstanda təqdim olundu
Yaxın günlərdə Gürcüstan Rustaveli Cəmiyyətinin təşəbbüsü və maddi dəstəyi ilə gürcü dilində ərsəyə gətirilmiş “Duyğular imperiyası” esselər toplusu (Afaq Məsud) Gürcüstan Yazıçılar Birliyində təqdim olundu.
Tbilisinin zəngin ənənəli “Ekvador” nəşriyyatında çap olunmuş kitaba yazıçının “Narıncı hörümçək”, “Edam”, “Qocanın hekayəti”, “Yuxunun həqiqəti”, “Ana ocağı”, “Dahiliyin astanasında”, “Küləyin hikməti”, “Ruhlar ordusu” kimi esseləri və kiçik hekayələri daxil edilib. Əsərlərin gürcü dilinə tərcümə müəllifi – tanınmış gürcü şairi, Ümum-Gürcüstan Rustaveli Cəmiyyətinin sədri Davit Şemokmedeli, redaktoru – filologiya elmləri doktoru, professor Murman Tavdişvilidir.