“II İohan” kitabı İranda nəşr olundu

Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun “II İohan” kitabı İranda işıq üzü görüb. İranın nüfuzlu “Parlaq qələm” nəşriyyatı tərəfindən nəşr olunan kitaba yazıçının “II İohan” hekayə-romanı, “Duyğular imperiyası” silsiləsindən “Narıncı hörümçək”, “Mülk və Mələkut”, “Ölüm növləri”, “Sirli fotoqraf”, “İntihar”, “Casus etirafı”, “Qatil” və digər 51 essesi daxil edilib.

Qeyd edək ki, geniş oxucu auditoriyası olan nəşriyyat dünyanın Fyodor Dostoyevski, Anton Çexov, Frans Kafka, Oskar Uayld, Alber Kamü, Corc Oruell, Qabriel Qarsia Markes kimi korifey yazıçılarının kitablarını nəşr edir.