Arif Hüseynovun “Afaq Məsud - Hekayələr” rəsm kataloqu yazıçıya təqdim edildi

Azərbaycanın Xalq rəssamı Arif Hüseynov Tərcümə Mərkəzində olub. Yaxın günlərdə 75 illik yubileyini qeyd edəcək rəssam, Mərkəzin rəhbəri Afaq Məsudun hekayələri əsasında ərsəyə gətirdiyi rəsm əsərlərindən ibarət “Afaq Məsud – Hekayələr” kataloqunu yazıçıya təqdim edib.

Kataloqda yer almış “Dovşanın ölümü”, “Sərçələr”, “Qu quşu”, “Qəza”, “Tək”, “Alman kilsəsi”, eləcə də digər hekayələrin motivləri əsasında çəkilmiş 24 rəsmin tablosu bu il oktyabrın 19-dan 30-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində keçiriləcək “Arif Hüseynov 75&75” yubiley sərgisində nümayiş etdiriləcək.

 

 

Qalereya