Afaq Məsudun “Həllac Mənsur”u

 

Əməkdar incəsənət xadimi Afaq Məsud Azərbaycan dramaturgiyasını “Aktrisa”, “Can üstə”, “O məni sevir”, “Qatarın altına atılan qadın”, “Kərbəla” kimi böyük istedadla qələmə alınmış dram əsərlərilə zənginləşdirib Türk dünyasının ilk pyesyarışması olan “Beynəlxalq səhnə əsərləri müsabiqəsi”ndə görkəmli yazıçı-dramaturqun “Mənsur Həllac” pyesinin yüzdən çox əsər içərisində ilk yerlərdən birini tutması tamamilə təbiidir.

 

Afaq Məsudun ümumən yaradıcılığı  ya yazıçı üslubu üçün səciyyəvi olan üç mühüm cəhət “Həllac Mənsur” faciəsində  özünü parlaq şəkildə göstərir:

 

1) mövzunun aktuallığıyaxud son dərəcədə müasirliyiümumbəşəriliyi  xüsusi miqyas genişliyi;

 

2) təsvir  ya təqdim olunan hadisələrintəfsilatın  ya təfərrüatın bilavasitə yazıçınını ideya-məramınaməfkurəsinə xidmət etməsi;

 

3) təhkiyənin dramatizmisimvolizmi  informativ-estetik punktuallığı.

 

Bu gün dünyanın ( onun əşrəfi olan İnsanın!) hansı qlobal gərginlik ( ümidsizlikgirdabında olduğu hamıya məlumdur.  o da məlumdur kibu gərginliyin ( ümidsizliyintarixi kökləri çox dərindir. Bəşər cəmiyyəti yaranandan bəri İnsanazadlıq axtarırancaq azadlıq barədəki təsəvvürlərimizin miqyası genişləndikcəpraktik olaraqazadlığımızın meydanı daralır.  təbii kiİnsan min illər bundan qabaq olduğu kimi bu gün  təhtəlşüur (lakin kifayət qədər mükəmməlbitib-tükənməz!) birenerji ilə Allah axtarır. Yerdəki həyatı hər addımda pozulan qanunların konyukturları ilə idarə edənİnsanı köləyəcinayətkaranəhayət, “üsyançı”ya çevirib özünün müxtəlif təzahürlərində ona məhbus həyatı yaşatdıran müxtləif səviyyəli (ranqlıyerallahlar”ından fərqli olan mərhəmətli., mehribandoğma bir Allah!..  Ancaq o Allaha qovuşmaq üçün bu günün daha intellektualdaha texnolojidaha təşəxxüslü İnsanının imkanları min illər bundan əvvəl yaşamış əcdadından genişdirmi?

 

Afaq Məsud “Həllac Mənsur” dahər şeydən əvvəlİnsanın “Allah axtarıcılığı”nın metafizikasını təqdim edir...

 

Əsər kifayət qədər maraqlı dramatik ( zəngin!) struktura malikdir.

 

Dramın birinci şəklində Abbasilər sülaləsinin sultanı İbrahimlə saray əyanları Bağdadda peyda olmuş Həllac Mənsur adlı bir şəxsin “dinə zidd” təbliğatlarınıhərəkətlərini müzakirə edib nəticə etibarilə qərara gəlirlər ki, o həbs olunsunAncaq beləbir qərarın doğruluğuna müəyyən şübhələr var. Çünki Həllac Mənsurun ilahi bir gücə sahib olmasıxüsusi missiya daşıması özünü aydın hiss etdirir... İkinci şəkil bu qeyri-adi insanın kütlə-izdiham qarşısında heç  hər kəs üçün anlaşıqlı olmayanmoizəsindənməşhur “ən əl-Həqq!” çağırışından  Sultan İbrahimin əmri ilə həbs edilməsindən danışır... Üçüncü şəkildə Sultan İbrahim ilahidən gələn səs-təlqin nəticəsində ayılma-katarsis keçirir.  hakimiyyətdən əl çəkib dərviş-mürid kimi səhrayadüşür... Dördüncü şəkildə Həllac Mənsurun həbsxanada göstərdiyi möcüzələrdən danışılır. Üsyançı tərəfdarları onu xilas etmək istəsələr razılaşmır...  nəhayət beşinci şəkildə hətta Sultan İbrahimin mane olmaq cəhdlərinə rəğmən (halbuki ölüm əmrinivermişdiHəllac Mənsur kütlənin-izdihamın gözü qarşısında amansızlıqla edam edilir...

 

Dramın baş qəhrəmanıheç şübhəsizHəllac Mənsurdur.  bu böyük tarixi şəxsiyyətin (sufi-mütəfəkkirinobrazı Müsəlman Şərqində (ümumən Dünyada qədər məşhur olsa dafikrimizcəAfaq Məsud özünün ( müasir dövrün!) HəllacMənsurunu yarada bilmişdir kibu da, ilk növbədəqəhrəmanın düşüncələrininmükalimələrinin  mühakimələrinin çağdaşlığında təzahür edir.

 

Həllac Mənsur metafizikdir. Onun metafizikasıhər şeydən əvvəlheç bir alternativ qəbul etməyən “ən əl-Həqq” fəlsəfəsində ehtiva olunur...

 

“...Adamlardan biriUcadan danışMənsur, biz səni eşitmirikAllahı biz harda axtaraq? O hardadı?..

 

Mənsur (yuxudan oyanmış kimi). Onu axtarmayın... O hər yerdədi. (UcadanEy allahı axtaranlarQulaq asıneşidin  agah olun(Həyətə sakitlik çökür). Allahdan yuxarıda bir kimsə yoxdu kiüstünə kölgə salsın. Allahdan aşağıda bir kimsə yoxdukiOnu çiynində saxlasın. Allahdan irəlidə bir kimsə yoxdu kiOna rast gələ bilsin. Allahdan arxada bir kimsə yoxduqaçıb Ona yetə bilsin. (Heysiz təslimləNöqtə bölünməzdi... (başıgücü tükənmiş kimi aşağı enir).

 

...İzdihamda çaxnaşma yaranır. Müridlər yaşıl əmmaməli hacının qollarından tutub həyətdən çıxarmaq istəyirlər.

 

Mənsur. Ona toxunmayın(Meydana sakitlik çökür.) Qoy qulaq assın. Dinləyib agah olsun. Xilas - eşitməkdəanlayıb agah olmaqdadıOdu kiqulaq asın. Eşidinanlayın  xilas olun. (Başını aşağı salırözü ilə danışırmış kimi astadanSiz eyAllahı axtaranlar... (Başını qaldırırucadanSiz ey Allahı axtaranlarOnu kitablardaşüurlardaməntiqdə axtarmayın! (Səsi enir) O  məntiqə kitablara şüurlara sığan deyilƏgər kimsə desə ki, “mən onu dərk etdim”, bilin ki, o kəs ondan xəbərsizdi.O, bütün biliklərin  kitabların o biri üzündədi(Sim titrəyişini andıran səs. Səsi enirSizinsə lap yaxınınızdadı. Bunu anlasaydınız...

 

Sarı əmmaməli hacı. Bunu vaxtı ilə İsa da demişdionu çarmıxa çəkdilər!

 

Mənsur. (sağ əlini şəhadət verirmiş kimi yuxarı qaldırır). Siz ey Allaha inananlar! (Səsi enirAllaha inanırsınızmı?.. (İzdihama sakitlik çökür. “Allahumməsalli əla Muhəmmədin  ali Muhəmməd” deyən asta səslər eşidilir). Eşidin  agah olun... İsaMəhəmməddi... (sim titrəyişini andıran səslərMəhəmməd Musadı... Musa İbrahimdi... İbrahim Adəmdi...

 

İşıq dəyişir. İnsanlar xof içində bir-birinə baxırlar”.

 

Sual olunurHeç bir fikrin müzakirəsiz, polemikasız özünə mövqe tapa bilmədiyi bizim dövrümüzdə Həllac Mənsurun bu cür mütləq metafizikası ictimai rezonans doğura bilərmi?.. Fikrimizcə, bilər... İlk növbədə ona görə kibuxürafat deyil, əksinə, İnsanı bu dünyanın çoxüzlü, xərçənc kimi bəşəriyyətin canına daraşmış xırdalıqlarından, naqisliklərindən, hər şeylə al-ver eləmək psixologiyasından xilas etmək cəhdidir. Qaçılmaz olan müzakirələri, polemikaları daha yüksək səviyyəyə qaldırmaq,daha ali məqsədləri əhatə etməklə aparmaq istəyidir.

 

Sultan İbrahim dinamikdramatik olduğu qədər də təbii, həyati (və müasir!) bir obrazdır. Və onun tərəddüdləri, şübhələri, müəyyən qədər passivsxolastik də olsa, həqiqət axtarışları (ümumən mənəvi-ruhi dailektikası) Həllac Mənsurun öz-özlüyündəheç bir şübhə, tərəddüd, mübahisə qəbul etməyən “ən əl-Həqq” metafizikasına qarşı dayanmaqla əsərin əsas dramatizmini müəyyən edir.

 

“...Sultan İbrahim (ovsunlanmış halda Qonağa). Sən... kimsən(Səsi otaq boyu əks-səda verir.)

 

Qonaq (ayaq saxlayır). Mən?.. (EtinasızYoldan ötən yolçu.

 

Sultan İbrahim (təəccüblə). Yolçu?.. (ƏsəbiBura  cürətlə gəlmisən? Sənə  lazımdı?

 

Qonaq (oturmağa yer axtarantək oyan-buyanına baxır). Özümə bu karvansarada oturmağa münasib yer axtarıram.

 

Sultan İbrahim (heyrətlə). Karvansara?.. (Qəzəblənir). Amma axı bura karvansara deyilmənim sarayımdı cürətlə belə danışırsan?

 

Qonaq (halı dəyişmədənətrafdakılara). Burda kim mənə deyə bilər,bu saray əvvəllər kimin olub(Divan üzvləri, vəzirlər vahimə içində susurlar.)

 

Sultan İbrahim (ayağa qalxırhiddətlə). Mənim atamın!

 

Qonaq (əhvalı dəyişmədən, Sultana). Bəs ona qədər?

 

Sultan İbrahim. Babam Sultan Cahangir ibn Osmanın!

 

Qonaq. Bir yerin kisakinlərinin biri gedib, o biriləri gələkarvansara deyilnədi?

 

Sim titrəyişini andıran səs”...

 

Həllac Mənsurla, Sultan İbrahimlə yanaşıəsərdə çoxlu obrazlar iştirak edir kibunların bəzilərinin az-çox öz simaları da var. Ancaq bu “sima”lardramın ideya-məzmununa uyğun olaraqdaha çox kütlə-izdiham obrazında birləşirlər... Sarayəyanlarıdərvişlərmüridlərdustaqlarzindan keşikçiləri... Hətta dünya ədəbiyyatının “fəxri” olan İblis  Sultan İbrahimə uğursuz bir təsir cəhdilə bu sıravi silsiləyə daxil edilə bilər.

 

Afaq Məsudheç şübhəsizüslub (poetexnologiyaustasıdır bu özünü “Həllac Mənsur”un hər şəklində göstərir...

 

Biz dramın bədii strukturundan danışarkən həmişə “pərdə” yox “şəkil”dən bəhs elədik. Müəllif əsəri iki “pərdə”yə ayırsa dabizə elə gəlir kibuformaldır.  əslindəhər bir “şəkil” öz ideya-estetik tutumuna görə bir “pərdə” gücündə  yasəviyyəsindədir.

 

Onu da etiraf edək ki, əsəri oxuduqca bir sıra suallar yaranır. Onların ən mühümü budur ki, görəsən haçansa dünyanın hansı teatrısa bu dramı həm ideya-məzmununu, həm də poetexnologiyasını zədələməmək şərtilə bu və ya digər dərəcədə müvəffəqiyyətlə tamaşaya qoya biləcəkmi?..

 

  Nizami Cəfərov

525-ci qəzet.- 2016.- 23 yanvar.- S.15