Haqqında

Afaq Məsud 

– Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi;

– Rusiya Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü;

– Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının həqiqi üzvü;

– Gürcüstan Yazıçılar Birliyinin üzvü;

– Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə Heyətinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru.

 

1957-ci ilin 3 iyununda Bakıda Xalq yazıçısı Əli Vəliyevin oğlu, görkəmli ədəbiyyatşünas alim Məsud Əlioğlunun ailəsində doğulub. 1979-cu ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1979–1986-cı illər – “Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986–1988-ci illər “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru, 1989–2014-cü illər: Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 501 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 may tarixli 110 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə Heyətinin sədri təyin edilib.

Roman, pyes, esse və hekayələr müəllifidir.

Əsərləri, müsahibə və məqalələri bir çox ölkələrin nəşriyyatlarında, KİV-də nəşr olunub, mədəniyyət, ədəbiyyat portallarında yayınlanıb. 

“Can üstə”, “O məni sevir”, “Yol üstə”, “Qatarın altına atılan qadın”, “Kərbəla”, “Mənsur Həllac” pyeslərinin müəllifidir. 

Dövlət “Yuğ” Teatrında “Can üstə”, “O məni sevir” (rejissor – Vaqif İbrahimoğlu), Akademik Milli Dram Teatrının səhnəsində “Qatarın altına atılan qadın” tamaşaya qoyulub (rejissor – Mehriban Ələkbərzadə).

Əsərləri əsasında “Sərçələr” (rejissor – Eyvaz Vəliyev), “Qonaqlıq” (pejissor - Tarıyel Vəliyev) televiziya tamaşaları, “Gecə” (rejissor – Teymur Quliyev), “Cəza” (rejissor – Mehriban Ələkbərzadə), “Dovşanın ölümü” (rejissor – L.Nəcəfzadə) filmləri çəkilib.

Q.Q.Markesin “Patriarxın payızı”, T.Vulfun “Dünyanın hörümçək toru” romanlarının, Məhəmməd Nəsəfi, Əbu Həmid əl-Qəzali, İbn Ərəbi, Cəlaləddin Ruminin təzkirələrinin Azərbaycan dilinə tərcümə müəllifidir.

1994-cü ildə Berlin Ədəbiyyat Evində “İzdiham” əsərinin alman dilində qiraəti və müzakirəsi keçirilib;

2000-ci ildə Vyana Universitetində yaradıcılığı əsasında doktorluq dissertasiyası müdafiə olunub (Sena Doğan “Avropa şərqşünaslığında qadın yazarlar”);

2004-cü ildə Vyana radiosunda “Sərçələr” hekayəsinin motivləri əsasında hazırlanmış “Die Sperlinge” (“Sərçələr”) radio-pyesinin yayını təşkil edilib.

Ailəlidir, 3 övladı var.

 

 

Hekayələri

·       Şənbə Gecəsi

·       Çovğun

·       Müdir

·       Yataqxana

·       Uydurma

·       Bekar

·       Mədəd

·       Tutuquşu

·       Öldürdülər

·       Sərçələr

·       Tək

·       Qəza

Esseləri

·       Balaca oğlan

·       Doğum günü məlum olmayan Vaqif

·       Öz üzünü yazan şair

·       Əməlisaleh alim

·       Müəllimsiz

·       Qəm çatının işığında

·       Yolun haradır, qardaş?.. - son mənzilədir, bacım...

·       İlyas Əfəndiyev

·       Natiq Səfərova məktublar

·       Adamsız səhnənin tənha skripkaçısı

·       Böyük darıxmanın hikmətində

·       Atabəy

·       Acın acımızdır, Türkiyə!

·       Əziz Ukrayna!

·       Salam, əsgər…

·       Buludlardan yuxarı

Romanları

·       “Qarğış”

·       “Keçid”

·       “Fatma”

·       “Dəfn”

·       “Üzü işığa”

·       “Suiti”

·       “İzdiham”

·       “Azadlıq”

·       "II İohan"

Filmlər, teletamaşalar

·       “Qonaqlıq”

·       “Sərçələr”

·       “Cəza”  

·       “Gecə”

·       “Dovşanın ölümü”

 

·       Qu quşu

·       Dovşanın ölümü

·       Prezident

·       O

·       Gecə

·       Generalın ölümü

·       S.V.A.C.O.

·       Alman kilsəsi

·       Dahi

·       Müvəkkil Vaysman

·       Can üstə

·       Aysun

Məqalələri

·       Tarixi missiya

·       Nizami olmaq

·       Ədəbiyyat adamı

·       Ədəbiyyat və onun adamları

·       Göz yaşıyla axan şair

·       Bu dünyanın aydin hadisəsi

·       Şəffaf teatr, yaxud böyük sirrin o üzündə

·       «Vətən nədən başlayır?.. əlifba-nın ilk hərfindən…»

·       Anasız dilimiz, yaxud «qorxunc əlifba» nın davamı...

Pyesləri

·       Can üstə

·       Aktrisa

·       O məni sevir...

·       Qatarın altına atılan qadın

·       Kərbəla

·       Mənsur Həllac

Tərcümələri

·       Tomas Vulf. “Dünyanın hörümçək toru”

·       Qabriel Qarsia Markes. “Patriarxın payızı”

·       Xilas yolunun yolçuları

·       Ziqmund Freyd. "Biz və ölüm" (mühazirə)

·       Əl Qəzali. "Səadət iksiri"

·       İbn Ərəbi. "Allahı axtaranlara məsləhət"

·       Əl Qəzali. "Hədis ül-qüds"

·       Nəsəfi. "Zübdət-əl-hakayik"

·       Əl Qəzali. "Oğluma məktub"

·       Anton Çexov. “Qara rahib”

Teatr tamaşaları

·       O, məni sevir...

·       Can üstə

·       Qatarın altına atılan qadın

 

Kitabları

“Üçüncü mərtəbədə” – Bakı (“Gənclik” nəşriyyatı – 1971)

“Şənbə gecəsi” – Bakı (“Yazıçı” nəşriyyatı – 1984)

“Субботний вечер” Moskva (“Советский писатель” nəşriyyatı – 1984)

“Keçid” – Bakı (“Yazıçı” nəşriyyatı – 1988)

“Tək” – Bakı (“Gənclik” nəşriyyatı – 1992)

“İzdiham” – Bakı (Azərbaycan Tərcümə Mərkəzi – 1994)

“Azadlıq” – Bakı (Azərbaycan Tərcümə Mərkəzi – 1997)

“Roman, esse, hekayə” – Bakı (Azərbaycan Tərcümə Mərkəzi – 1999)

“Yazı” – Bakı (“Qanun” nəşriyyatı – 2004)

“II İohan” Bakı – (“Mütərcim” nəşriyyatı – 2009)

“Suiti” – Tehran (“Pınar” nəşriyyatı – 2011)

“Seçilmiş əsərləri” (iki cild) – Bakı (“Elm və təhsil” nəşriyyatı – 2012)

“Роман-рассказ” – Bakı (“Евразиа Пресс” nəşriyyatı – 2012)

“Kalabalık” – Ankara (“Bengü” nəşriyyatı – 2015)

“Üzü işığa” – Tehran (“Nohbəgan” nəşriyyatı – 2015) 

“İzdiham” – Tehran (“Şurafərin” nəşriyyatı – 2016)

“İzdiham” – Tehran (“Fərsar” nəşriyyatı – 2016)

“Seçilmiş əsərləri” – Москва (“Художественная литература” nəşriyyatı – 2017) 

“Azadlıq” – Kiyev (“Druqe dixaniya” nəşriyyatı – 2017)

“Azadlık” – İstanbul (“Zengin Yayıncılık” nəşriyyatı – 2018)

“Şənbə gecəsi və digər hekayələr” – Qahirə (“Misir Milli Tərcümə Mərkəzi – 2018)

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” – Bakı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi – 2018)

“Azadlıq” – Tbilisi (“Merani” nəşriyyatı – 2019) 

“Azadlıq” – Budapeşt (“Narkut Kiado”nəşriyyatı – 2020)

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” – Bakı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi – 2020)

“II İohan” – Tehran (“Parlaq qələm” nəşriyyatı – 2022)

“Qarabağın incisi Şuşa” – Bakı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi – 2022)

“Dovşanın ölümü” - Bakı (“Təhsil” nəşriyyatı – 2023)

“Duyğular imperiyası” - Bakı (“Təhsil” nəşriyyatı – 2024)

 

Təltif və mükafatları

– Azərbaycan – “Humay” mükafatı;

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar İncəsənət xadimi” fəxri adına layiq görülüb;

– “TÜRKSOY”-un Mahtumqulu Firaki adına medalı;

– Türkiyə “Beynəlxalq Səhnə Əsərləri Müsabiqəsi”nin qalibi;

– Almaniya-Azərbaycan cəmiyyətinin “Brücke” (“Körpü”) Fəxri diplomu;

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib;

– Haldun Taner medalı laureatı;
– “Gürcüstanın Mədəniyyət Elçisi” Fəxri diplomu;
– “Azərbaycan Xalq Cümhuriyyəti” medalı;
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Xalq yazıçısı” fəxri adına layiq görülüb;
– Gürcüstan Yazıçılar Birliyinin “Akakiya Tsereteli” mükafatı;

– Gürcüstan Yazıçılar Birliyinin və Acara Yazıçılar Evinin Fəxri diplomu;

– “Nizami Gəncəvinin 880 illiyinə” xatirə – döş nişanı;

– Gürcüstan Yazıçılar Birliyinin “İvane Maçabeli”  mükafatı;

– Rustaveli Ziyalılar Cəmiyyəti – Gürcüstanın “Əməkdar mədəniyyət xadimi”;

– Gürcüstan Yazıçılar Birliyinin “Mixeil Cavaxişvili” mükafatı;

– Gürcüstan – “Georgi Leonidze adına Qızıl medal”;