QƏZA

Yataq otağı isti və sakit idi. Həyətdən pişiklərin tükürpədən çığırtıları eşidilirdi.

Pişiklər hər gecə ətrafa sakitlik çökəndə beləcə çığırışırdılar. Elə bil hər gecə kimsə bu zavallı heyvanları zorlayırdı. Əri evdə olmayan gecələr ona elə gəlirdi ki, pişikləri zorlayan əridi.

İşığı keçirib soyundu, gecə köynəyini geyib çarpayının kənarına oturdu. Sonra nə fikirləşdisə yenidən ayağa qalxıb işığı yandırdı. Üzünü kremləmək yadından çıxmışdı. Güzgünün qabağında əyləşib kremin qapağını açdı, barmaqlayıb üzünə yaxa-yaxa fikirləşdi ki, gör bir neçə illərdi bu kremdən alıb evə yığır, səhər-axşam üzünə yaxır. Hesablayıb üst-üstə gəlsən, azı üçlitrlik balon eləyər. Gör bircə tikə üzü neçə kilo krem yeyib?!..

Kremdən bir qədər də götürüb gözlərinin altına, alnına da yaydı və həmin nahiyələri jurnalda oxuduğu üsulla xırda-xırda ovmağa başladı. Ovduqca fikirləşdi ki, hər belə masajdan sonra üzü hamarlanmaq əvəzinə, elə bil bir az da qırışır. Masajı düz eləmir, nədi?.. Ya, bəlkə, arıqladığından dərisi boşalırdı?.. Axır hər nə idisə, ürəkbulandıran mənzərəydi.

Qalxıb yenidən işığı keçirdi, yatağına girib adyalı üstünə örtdü. Qıçlarının əzələləri küt-küt sızıldayırdı... Yadına düşdü ki, iki gündü idmanla məşğul olmur. Odu ki, bir vaxtlar qarın əzələlərinin möhkəmlənməsi üçün etdiyi hərəkətlərə – ayaqlarını cütləyib yuxarı-aşağı endirib qaldırmağa, pəncələrinin ucuyla havada müxtəlif rəqəmlər cızmağa başladı. Hərəkət elədikcə, bədəninin isindiyini, saçları­nın dibinin tərləyib gicişdiyini hiss edib ürəyi sıxıla-sıxıla fikirləşdi ki, normal adamlar idmanı səhərlər edir, sonra duşun altına girib çimir, səhər yeməyi yeyir və sair. O isə səhərlər xalatını əyninə keçirməyi zorla çatdırır – üç uşağı yedirtmək, geyindirmək, sonra ərini yedirtmək, geyindirmək...

Əri elə bil iflic idi. Yemək verirdinyeyirdi, vermirdinacından ölürdü. Təmiz köynək, corab, ütülü şalvar verirdingeyirdi, vermirdinçirkin içində gəzirdi. Deməli, həm də ərinin  anasıydı. Bütün evin anasıydı.

Ürəyi pis-pis bulandı. Fikirləşdi ki, daha ana olmaqdan bezib. Sonra da fikirləşdi ki, bəs olmaq istəyir?.. Heç özü bilmir. Bəlkə idmanı-filanı tullasın bir yana?! Dieta-zad da cəhənnəm olsun. Dieta saxlayandan bəri əsəbləri lap korlanıb. Burnuna xörək iyi dəyəndə əl-ayağı əsir. Bu müsibətdi axı?!.. Kökəlir, belə cəhənnəmə kökəlsin, üzü qırışır, lap belə büküş-büküş olsun, saçı tökülür, qoy keçəl qalsın!.. Kimə lazımdı axı onun hamar üzü, tarıma çəkilmiş qarnı?.. Kimə xoş gəlmək üçün özünü öldürür axı?!.. Əri ki onu, demək olar, görmür. İçəri girdimi, kor dana kimi birbaş mətbəxə, ordan televizorun qabağındakı kreslosuna, ordan da gözüyumulu yataq otağına yollanır, onunla da ya gözü qabağındakı yeməkdə, ya televizorda, ya da yuxuda danışır.  

...Ayaqlarını tərpətdikcə çarpayının yayları elə cırıldayırdı, elə bil döşəyin yox, quru ağac budaqlarının üstündə uzanmışdı, hər ayağını tərpətdikcə altındakı budaqlar sınıb sökülürdü...

Fikirləşdi ki, bax, həmişə belədi, indi qədər ki, yuxuya getməyib, əri gəlib çıxmaq bilməyəcək, amma elə ki, gözünə yuxu gedəcək, o dəqiqə qapını tıqqıldadacaq. O da dik atılıb cərəyan vurmuş kimi titrədəcək, ürəyi bəd xəbər almış tək pis-pis çırpınacaqayağa qalxıb yuxudan keyimiş ayaqlarıyla, pırtlaşıq saçlarıyla qapını açmağa gedəcək, gözlükdən baxıb ərinin qorxudan rəngi avazımış məzlum üzünü görəcəkƏri içəri girib gözucu onun yuxudan əyilmiş üzünə, dağınıq saçlarına baxacaqOnun üz-gözünün vəziyyəti isə asılı olacaq, qapı döyülənəcən yatıb gördüyü yuxuların məzmunundan. Amma istənilən halda əsəbiləşəcək, ərini sorğu-suala tutub, evə gecənin bir aləmi dönməyinə görə zəhərləyəcək, yerə-göyə qarğış töküb qapıları bir-birinə vuracaqYa da dünyanın ən məzlum qadını kimi dinməz-söyləməz qayıdıb yatağına girəcək, amma daha yata bilməyəcək. O məşum taqqıltıdan sonra mütləq yuxusu qaçacaq, ürəyi zəif döyüntülərlə döyünüb hey hayanasa axacaq o, bir müddət sancılanmış kimi yerinin içində vurnuxa-vurnuxa qalacaq. Sonra dikəlib yerinin içində oturacaq, nifrətlə böyründə üzündə məmnun təbəssüm, yarımaçıq ağzıyla yatan ərinə zillənəcəkƏri yuxuda hey isə yeyib ağzını marçıldadacaq, ya da kiminləsə lal-kar mübahisə edib dişlərini qıcıdacaq...

Bədəninə qəribə, yandırıcı bir gicişmə doldu. Altındakı döşəküzü gicitkənə dönüb daladı bədənini. Ayaqlarını saxlayıb fikirləşdi ki, hamısı əsəbdəndi. Həkimi deyir. Yuxusunun çəkilməyi , ürəkbulanmaları da, əsəbiləşəndə qaynar su tökülən kimi qıpqırmızı qızarıb gicişməyə başlayan dərisi pozuq sinirlərinin fəsadı idi.

Nəfəsini dərib fikirləşdi ki, qədər olar axı?.. Adamın qədər əti ürpənər, əsəb telləri sürtgəclə sürtülüb qan sızdırar?.. Odu ki, bu gündədiyaşı otuza çatmamış altmış yaşlı qadına dönüb. , sürətlə qocalırƏlləri , gözləri

Bir dəfə qocalmağını yuxuda da görmüşdü. Görmüşdü, dırnaqları necə gicişir... əl atıb dırnaqlarını qaşımaq istəyirqaşıdıqca dırnaqları bir-bir qopub ovcunda qalır... Sonra dişləri gicişirbarmağını vurmağıyla onlar da ovulub tökülürsonra qulaqları, burnu, döşləri qaşınmağa başlayır... qaşıdıqca da hamısı bir-bir dibindən qopub üstünə tökülür...

Ayaqlarını yuxarı qaldırıb velosiped sürən kimi hərləməyə başladı. Hərlədikcə, nəfəsini nizamladı. Belədə, hamiləlikdən boşalmış qarın əzələlərinə daha çox güc düşürdü. Bu hərəkətləri ötən aydan eləyirdi deyə, qarnı elə bil bir az yığılmışdı. Ümumiyyətlə, elə bil bütün bədəni yığılmışdı. Demək arıqlamışdı.

Dikəlib üzbəüzdəki güzgüyə düşən əksinə baxdı.

Qaranlıqda əksi özünə oxşamırdı

Fikirləşdi ki, onu bu vəziyyətdə görən qonşular Allah bilir arxasınca nələr danışırlar. Elə bilirlər xəstədi, ya isə ayrı bir dərdi varElə qohumlar da üzünə gülürdülərsə , baxışlarından nigarançılıq yağırdı.

O gün qardaşı da arıqlamaqdan altı kölgələnmiş gözlərinə baxıb-baxıb:

– Bu nə gündü qoymusan özünü?.. – dedi.

Fikirləşdi ki, doğrudan, bu nə gündü qoyub özünü?.. Orta məktəb şagirdinə oxşayır. Odu ki, axır vaxtlar uşaqları da baxmır sözünə. Nə deyir, üzünə şiniyib şit-şit gülürlər.

Ən qəribəsi isə bu idi ki, indi lazım olandan da arıq idi, amma arıqlamaq həvəsi canından çıxmırdı ki, çıxmırdı. Özünü əridə-əridə yoxa çıxarmaq istəyirdi, nədi?..

...Divarın o üzündən – blokdan ara-sıra ayaq səsləri eşidilirdi. Kimlərsə tələsə-tələsə yuxarı qalxırdılar, yoxsa aşağı enirdilər?.. Hərdən də öskürürdülər. Bərkdən-bərkdən, lüt divarlardan əks-səda qopara-qopara, o eşitsin deyə, boğazlarını, az qala, cıra-cıra. Elə bil gecənin bu sakitliyində əks-səda yaratmaqdan həzz alırdılar...

…Ayaq səsləri hərdən yaxınlaşıb lap qapılarının ağzına çatırdı, amma həmin dəqiqə də hardansa, böyürdən şaraqqıltıyla qapı açılır, ayaq səsləri o qapının içində əriyib yoxa çıxırdı.

Nəfəsini içinə çəkib qapıya diqqət kəsildi… Kilid dəliyinə açar salınacağını, arxadan bağlandığı bilindikdə asta-asta tıqqıldayacağını gözlədisə də, səs gəlmədi. Olsun ki, əri idi, pillələri qalxıb qapının ağzına çatmışdı, indi nə fikirləşirsə, içəri girmək istəmirdi… çönüb yenidən aşağı düşürdü. Hə, əri evə qayıtmaq istəmirdi...

...Vaxtsız idmanın təsirindən, ya nigarançılıqdan ürəyi sıxıldı. Ayağa qalxıb pəncərənin laylarını taybatay açdı. Havanı qoxladı…

Havadan təzə biçilmiş ot ətri gəlirdi. Yaz fəsli yaxınlaşırdı...

Bir neçə günə havalar isinəcəkdi, günəş göyün tərkinə qalxıb göz ağrıtmağa başlayacaqdı… ağaclar çiçəkləyəcək, şairlər ilhamlanıb “bahar ətirli” yazdan, “yamya­şıl” tumurcuqlardan əttökən-əttökən şeirlər yazacaqdı... və heç kim, heç kim bu baharı – həmin bu “ilıq günəşi”, “növrəstə” tumurcuqları əlli dəfə gördüyünün; “yaz” deyib özlərini coşdurduqları bu fəslin riya dolu  saxtakarlığının fərqinə varmayacaqdı.

Pəncərəni bağlayıb fikirləşdi ki, bütün o çiçəklənməsiylə, yaşıllaşmasıyla bir, yaz fəsillərin ən əttökənidi. Son ucunda Ölüm dayanan bu qoca, müdrik dünyanın ildə bir kərə bu sayaq al-əlvan dona girməyində, gəncləşib cilvələnməyində məkrli olan nə isə vardı. Bu qoca dünyaya payız, qış daha çox yaraşırdı. Çünki əvvəli də, axırı da soyuq tənhalıq idi… ölüsü dirisindən çox idi...

Bura gəlib çatanda bütün ölüb-gedənlərini xatırladı… Ata-anası, baba-nənələri, xalaları, dayıları, əmiləri bir anın içində evin hansı künclərindənsə, saralmış fotolarından ona baxdılar...

Hamısı ölmüşdü. Qalan bircə o idi. Beş-on il tanıdığı adamlarınərinin üç mənasız uşağın əlində əsir-yesir qalmışdı. Uşaqların üçü ərinə oxşayırdı. Elə oxşayırdılar, elə bil əri doğmuşdu onları. Odu ki, ölmək istəyirdi. Bir ona görə ölmək istəyirdi ki, yenə yaz gəlirdi... Adamlar yalandan gülür, quşlar yalandan oxuyur, ağaclar son gücünü toplayıb yenidən tumurcuqlayırdılarKəpənəklər isə gün enəndə öləcəkdi, otlar da bir neçə aya saralıb solacaqdı... 

Qəfildən vücudunu qəribə bir yoxluq həvəsi sardıYoxa çıxmaq, min bir əziyyət iztirablar dolu yaddaşını, bədənini söndürüb ərimək eşqi

Bəs uşaqları?.. Uşaqları çıxılmaz kimsəsizlik dolu sifətlərlə evin hansı küncündənsə üzünə zilləndilərHiss elədi ki, ölmək istəyinə görə onlardan utanır. Bu, bir növ uşaqlarını yarı yolda qoyub qaçmaq kimi bir şey idi...

Sinəsinə dolan sıxıntını birtəhər udub fikirləşdi ki, axı niyə doğurdu onları?..

Sonra da fikirləşdi ki, doğanda hardan biləydi ki, ana olmağın yeganə sevincidoğuşdan sonrakıanalıq səadətideyilən qısaca bir andı?.. Sonra uşaqlar böyüdükcə nəyə sevinməliydi axı?.. Uşaqlar böyüdükcə, dərdləri böyüyürdü...

Uşaqlar barədə yadına bundan savayı, ayrı hikmətli söz düşmədi.

, deməli, indi uşaqlarını yarı yolda qoyub ölə bilməzdi. İxtiyarı yox idi. Sonra fikirləşdi ki, dərdə bir bax: ölmək üçün ixtiyarı olmalıdı. Ölməyin də, yəqin ki, öz qanunları var, vaxtı, icazəsi var. Sonra da fikirləşdi ki, bəlkə, bu da bir cür ötəri vəziyyətdi? Belə vəziyyətləri o qədər olub ki, Allaha şükür.

Sonra yadına dəfələrlə özünü öldürmək istədiyi məqamlar düşdüBir dəfə dişsiz ağzıyla balaca əllərindəki alma qırığını yeyən qızı qucağında, balkonda dayandığı yerdə özünü körpəsiylə bir yerdə aşağı atıb öldürmək istəməyi, uzun müddət məhəccərdən asıla-asıla qalmağını, qucağındakı körpəsiylə bir, havaya necə atılacağını, uşağı qucağında kəllə-mayallaq vəziyyətdə aşağı uçacağını, yerə birlikdə dəyəcəklərini bir-birinin gözünün içinə baxa-baxa öləcəklərini təsəvvür eləməyi düşdü yadınaOnda o çətin dövrlər, yadına gəlir, uşaqlarıyla əri sözü bir yerə qoymuşdular, gecənin birinci yarısı ərinin evə gəlməyini gözləyirdi, ikinci yarısı körpə oğlunun yuxusu qaçırdı, günortalar isə qızının şıltaqlığı tuturdu. Yadına həmin dövrlər evin içi ilə yorğunluqdan yuxusuzluqdan canavar kimi ulaya-ulaya, onu-bunu qapa-qapa gəzməyi düşdü. Yadına gəlir, o vaxtlar güzgüyə baxanda da özünü canavara oxşadırdı. Fikirləşdi ki, əslinə qalsa, elə indi canavara oxşayır. Sonra fikirləşdi ki, canavara yox, itə oxşayır. Ağıllı, sadiq itə.

Fikirləşdi ki, əvvəllər bu günə düşdüyü olurdu. Dünyadan da, özündən bezirdi... , olurdu. Amma bu qədər uzun çəkmirdi. Arada görürdün, bir-iki gün ölmək istəyirdi, amma necəsə, bu uçurum darısqallığını andıran vəziyyətdən qurtulurdu, sonradan min dəfə Allaha şükür eləyirdi ki, yaxşı ölməyib, çünki həyat gözəldi, mənalarla, sirlərlə doludu sair ilaxır.

Qonşu mənzillərdən hansındasa gülürdülərkimsə qəşş eləyib özündən gedirdiBaş da açmaq olmurdu, gülən arvaddı, yoxsa kişi.

Yatağına girib yorğanı başına çəkdi, divar saatına baxdı.

Saat iki tamamı göstərirdi.

...Blokda ayaq səsləri tamam kəsilmişdi, bütün mənzillərin qapıları kip bağlanmışdı. Binanın ümumi girəcəyi bağlanıb kilidlənmişdi. İndi əri içəri girmək istəsəydi belə, bu boyda sakitliyin içindən keçə bilməyəcəkdi

Sakitliyin ağırlığı altında sıxılan əşyaların səsi eşidilməyə başlayırdı

Şkaf rəflərində içi pal-paltar dolu cığara torbalar asta-asta cırıldadı... Cığaralar bütün günü üst-üstə qalanmadan yorulub boşalır, dincəlirdilər. Döşəmə cırıldadıelə bil gərnəşdi. Otağa sakitlik çökdükcə içəriyə, hardasa uzaqlarda baş vermiş faciənin havası axmağa başlayırdı

, bu elə-belə sakitlik deyildi. isə baş vermişdiFaciə baş vermişdi... Odu ki, əri gəlib çıxmaq bilmirdi. Bu gün səhərin gözü açılandan ürəyi narahat idiƏri günortadan işdə yox idi. Yəqin, yenə o müstəntiq dostuna ilişmişdi. Allah bilir, yenə üzbəüz oturub nədən danışırdılar, çürüdürdülər. Danışanda da tez-tez, adamın ətini tökə-tökə “onunçün” deyirdi. “Onunçün ki, axşam işim vardı, onunçün deyirəm”.

Qəfildən gözünün qabağına gəldi ki, necə əri maşına minir, motoru işə salır... Hava qaralanda bağ yolları lap daralır, iti işıqlarını qoşa buynuzlar kimi bir-birinin üzünə dirəyən maşınların sayı artır... motorun istisi ərini bir az da keyləşdirir əri sükanı yarıyumulu gözləriylə hərləyir...

...O biri otaqda qızının yuxulu səsi gəldi, olsun ki, yenə yuxuda danışırdı:

Balaca özünsən! Sənsən balaca!..

Qızı gecələr tez-tez beləcə qışqırırdı yuxuda, olsun ki, balaca qardaşıyla dalaşırdı. Bacı-qardaş günortalar da didişirdilər, axırda da həmişə qız cəzalandırılırdı.

Fikirləşdi ki, qızı böyüdükcə, ona oxşamağa başlayırdı. Odu ki, ona baxanda ürəyi sıxılırdı, hər şeyin təzədən başlanacağının qorxusunu canında duyurdu... Yenə qaranlıq, havasız məktəb illəri, çox qısa mənasız tələbəliyi, ərə getməyi sair ilaxır.

Divar saatı kəfkirini işə salıb bir dəfə danqıldadı. Saat üçün yarısını göstərirdi

Yox, əri bu vaxtacan səssiz-səmirsiz itə bilməzdi

Ürəyi əsəbi-əsəbi döyündü.

, qəza baş vermişdi bu qəza vaxtsa baş verməliydi. O gün gəlib çatmışdı qəza baş vermişdi.

Əri müxtəlif vəziyyətlərdə gözünün qabağına gəldi...

...Maşın çevrilmişdi... tüstülənən təkərlərin altından ərinin göyərib quruyan əli görünürdü... zərbədən tanınmaz hala düşmüş üzü sükanın arasına keçmişdi...

...Maşın yoldan çıxıb yuvarlana-yuvarlana dərəyə enirdi... dərənin dibindən ərinin çığırtıları eşidilirdi...

, qəza baş vermişdi... Bu qəza çoxdan baş verməliydi, amma indi baş tutmuşdu. Əslində, bunu o, çoxdannan, özü dəfələrlə, dönə-dönə hiss eləmişdiyuxularında da görmüşdü. Axı bu miskin, yeknəsəq həyatı qədər yaşamaq olardı?..

Hamının həyatında isə baş verirdi. Birinin əzizi ölürdü, o biri özü ölürdü, birinin uşağı olmurdu, o birinin o qədər olurdu ki, qarınlarını doyura bilmirdi. Onunsa həyatında  heç baş vermirdi.

, bu gecədən onun faciəsi başlayırdı. Bu gecədən axır ki, həyat öz qara üzünü ona göstərəcəkdi...

...Ayağa qalxıb küçənin işığında saralan saata baxdı.

Dördə işləyirdi. Pəncərənin qabağına keçib ordan kimsəsiz, qaranlıq şəhərə baxdı.

Bir-birinə oxşayan dördkünc binalar başdaşlarını xatırladırdı... , bu gecə şəhər nəhəng qəbiristanlığa oxşayırdı...

Fikirləşdi ki, indi gərək bir-bir ərinin qohum-əqrəbasına zəng vurub desin. Sonra da fikirləşdi ki, axı desin?.. Desin, əri ölüb?!.. Bəlkə, ölməyib?! Yox, ölməyinə dəqiq ölüb, çünki indi özünü tamamilə tənha hiss eləyir. , özünü ağıllı-başlı dul qadın hiss eləyir.

Sonra fikirləşdi ki, niyə oturub, nəyi gözləyir?.. Durub ev-eşiyi , özünü sahmana salsın, çünki hava işıqlanan kimi ərinin meyitini tapacaqdılar, ünvanı dəqiqləşdirib bura gətirəcəkdilərYa, bəlkə, xəstəxanaya aparacaqlar?.. , xəstəxa­na­­ya aparacaqlaraparıb yaracaqlar... o da gedib xəstəxananın qapısı ağzında ağlaya-ağlaya gözləyəcək... başında qara örpək, əynində qara paltar... Birdən yadına düşdü ki, heç adam arasına çıxmağa fərli qara paltarı yoxdu.

İşığı yandırıb şkafın rəflərində eşələndisonra çöl şkafından zindan kimi ağır çamadanları aşağı düşürdü.

Çamadanın birinin cəftəsi açıq idi deyə, düşürəndə dizini cızıb qanatdı, dizinin qanı döşəməyə damcıladı... qanı döşəməyə süzülə-süzülə, mətbəxə qaçıb orda yarasını sarıya-sarıya fikirləşdi ki, indi əri beləcə qan içindədi...

Belə fikirləşdikcə əti ürpəndi. Sonra dəhlizin işığını yandırıb dizi üstə oturdu, əti çimçəşə-çimçəşə, dizindən süzülən qan ləkələrini yaş əsgi ilə sildi.

Çamadanların içini evin ortasına boşaltdı, rəngbərəng geyimlərin arasından tapıb çıxardığı qara paltarı üstünə tutub baxdı, sonra əyninə geydi.

Paltar keçənilki kimi, tökülürdü əynindən. Hər tərəfdən dörd barmaq yığmaq lazım idi.

Gedib mətbəxdən iynə qutusu gətirdi, iynəni saplayıb saata baxdı.

Beşə on beş dəqiqə işləyirdi. Hava açılanacan çatdırardı.

Paltarı astar üzünə çevirdi, kökləyə-kökləyə fikirləşdi ki, indi bu qara paltar əynində,  gedib xəstəxanaya çatdı, meyiti görəndə neyləməlidi?!. Ağlaya-ağlaya qaçıb özünü meyitin üstünə atmalıdı, yoxsa elə dayandığı yerdəcə durub qalmalıdı?..

Atası öləndə anasının özünü aparmağını yadına saldı.

Anası onda heç ağlamadı, gəmiləri dəryada batmış kimi, dinməz-söyləməz oturub qaldı. Sonra anasının dərddən xırıldayan səsi gəldi qulağına:

Yad oğluna ağlamazlar, bala.

Odu ki, ağlamaq bir o qədər vacib deyilBu məqam kövrəldiyadına nişanlı vaxtları düşdü.

Yox, mütləq ağlayacaqdıxəstəxananın qapısının ağzındaca ağlayıb özünü divara söykəyəcəkdi ki, yıxılmasın... öz xasiyyətini yaxşı bilirdi. Ağlayanda bir adama, ya bir yerə söykənməliydi. Gücü azalırdı, nədi?!.

Yəqin, gəlib onu divardan aralayacaqdılar, aralayıb aparacaqdılarsonra da fikirləşdi ki, birdən heç kim ayırmadı onu divardan, yaddan çıxdı?..

...İynə barmağına batdı... barmağı qanadı

Fikirləşdi ki, niyə belə səfeh-səfeh şeylər haqqında düşünür?! Ondansa öz gününə ağlasın. Tək qadın, üç uşaq... Ərinin tər tökə-tökə, qucaq dolusu daşıyıb soyuducuya doldurduğu bazarlıq iki-üç günə qurtaracaqdı. İki-üç gündən sonra bazara özü getməli olacaqdıağır-ağır zənbilləri əlinin damarları şişə-şişə, ovucları kəsilə-kəsilə özü daşıyacaqdı...

Fikirləşdi, niyə daşımalıdı o qədər ərzağı ki, əri olmayandan sonra heç xörək bişirməyə ehtiyac qalacaqdı?!.. Özü daim pəhrizdədi, uşaqlar da ki, Allaha şükür, meyvəylə şirniyyatdan savayı, heç istəmirlər.

Deməli, bazarlıq eləməkdən, çöldən gələn palçığı qurumuş kartof-soğanı, yağlı əti yuyub soyuducunun rəflərində yerbəyer eləmək kimi iyrənc proseslərdən canı qurtaracaqdıBir qutu yumurta alıb qoyacaqdı soyuducuya, qurtardı getdi. Fikirləşdi ki, heyif deyil yumurta?!.. Mədəni ərzaqdı. Nəyi var içindədi, əlin batır, iyi gəlir. Bişməyi göz qırpımında.

Ağlına gələn bu fikirdən ürəyi çırpındı. Demək, xörək bişirməyəcəkdi. Bu dəqiqə mətbəx şkafının rəflərindən birində oturub, dığıldamaq üçün onu gözləyən ət maşınıyla gündə-gündə döyüşməkdən canı qurtaracaqdı. Ət maşını gününü göy əsgiyə bükənlərin ən qabaqda gedəni idi. Tez-tez itilənməkdən nazilib kəpənək qanadına dönən bıçağı əti üyüdüb xırdalamaq əvəzinə, özünə sarıyıb onu xarab maşın mühərriki kimi dəqiqədə bir zarıldadırdı. Yəni ki, “məni sök, təzədən yığ”. Xörək bişirmək məsələsi ortadan çıxanda daha onunla əlbəyaxa döyüşə ehtiyac qalmayacaqdı. Yağlı qab-qazanı sürtməkdən dırnaqlarını qıran sürtkəclərdən canı qurtaracaq, səhər-axşam alabəzək ləkələrlə “bəzənən” qaz pilətəsini gündə-gündə təmizləmək lazım olmayacaqdı...

Bu yerdə bədəninin qəribə bir istiliklə isindiyini hiss edib fikirləşdi ki, canı, deyəsən, hələ çox şeylərdən qurtaracaqdıİllərlə ürəyi bulana-bulana gördüyü gündəlik məişət işləri, zəhləsi tökülə-tökülə həll etmək məcburiyyətində qaldığı ailə borcları bir-bir yadına düşdükcə, həyəcandan nəfəsinin təngidiyini, otağın cansıxan qaranlığının avazıdığını duyub dikəldi... Yoxsa, səhər açılırdı?!..

, demək, təzə həyat başlayırdıqayğısız, öhdəliksiz, azad həyat

Azadlıq haqqında fikirləşdikcə, beyninə o qədər yeni fikirlər, yeni həyat imkanları gəldi ki, onları üst-üstə, böyür-böyürə yığanda bunun tamamilə ayrı bir həyat olduğunu, bu həyatı sürən qadının, yəni onun tamam ayrı adama oxşadığını anlayıb ürəkləndi.

...Paltarın hər iki yanı hazır idi. Qalxıb gecə köynəyini soyundu, paltarı geyinib güzgünün qabağında dayandı. Paltar əyninə kip otururdu.

O biri otağa keçib işığı yandırdı, paltartikən maşının qabağında oturub iynəsini sapladı, paltarı əynindən çıxarıb maşının iynəsi altına keçirdi.

...Hava işıqlaşırdı...

Fikirləşdi ki, bir azdan ərinin qohum-əqrəbasına zəng vurmalıdı...

Maşının düyməsini basıb söndürdü, sapı dişi ilə qırıb paltarı əyninə geyindi, güzgünün qabağına keçib saçlarını daramağa başladı qəfildən gözü arxada, otağın ortasında qalaqlanmış geyimlərə sataşdı. Ayağa qalxıb çamadanlardan çıxan  paltarlara yaxınlaşdı.

Pal-paltarın arasında ərinin bağda geydiyi zolaqlı pijama bir neçə qış köynəyi dəydi gözünə. Fikirləşdi ki, bunların hamısını boğçaya yığıb kasıb-kusuba paylamalı olacaq. Sonra ürəyi çırpına-çırpına fikirləşdi ki, ümumiyyətlə, bütün bu köhnəliklərdən qurtulmaq, keçmiş illərin yadigarı olan bu paltar qalağını yoxa çıxarmaq lazım olacaq.

...Dəhlizdən tıqqıltı səsi gəldi. Duruxub dəhlizə diqqət kəsildi

Çöl qapısını tıqqıldadırdılar.

Ürəyi döyünə-döyünə fikirləşdi ki, kim ola bu vaxt?.. Sonra elə həmin dəqiqə başa düşdü

Əri idiqayıdıb gəlmişdi. Hər axşam işdən evə qayıdantək gəlib qapının ağzında dayanmışdı...

...Qapı bu dəfə bərk-bərk döyüldü, sonra dalbadal üç zəng vuruldu.

Olsun ki, əri daha uşaqların oyanmağından qorxmurdu.

Yerindən tərpənmədən: “Vur, vur... Əlin döyənək olunca vur. Görüm, sonra neyləyəcəksənfikirləşdi

Qapının zəngi aramsız çalınırdı. Uşaqlar yuxudan oyanmışdılar. O biri otaqdan səsləri gəlirdisonra hansı birisə yerə düşüb ayaqyalın dəhlizə qaçdı, otağın qapısını açıb içəri boylandı:

Ana, ay ana… – oğlu idi

Nədi?

Qapı döyülür...

Eşidirəm, sən get yat.

Hirsindən gözləri qarala-qarala fikirləşdi ki, demək, o, bayaqdan burda özünə qara paltar tikirbu bəydadaş isə sən demə, öz kefində...

Ağlamağı tutdu. Fikirləşdi ki, gör bir necə səfeh qadındı?!..

Qapı bu dəfə lap bərk döyüldü. Əsəbləri davam gətirmədi, dəhlizə çıxıb işığı yandırdı. Gözlükdən çölə baxdı.

Əri müqəssir üzlə qapının o tərəfində dayanmışdı, gözlüyə zillənmişdi.

var?

Qapını .

Açmıram.

Dedim , biabır eləmə bizi. Camaat yatıb.

– ...

deyirəm, yoxsa...

, yoxsa?..

Özün bilirsən.

Bilmirəm.

Əri qapıya necə vurdusa, çərçivəsi yerindən oynadı. O biri otaqda uşaqlardan hansısa ağladı.

Məcbur olub qapını açdı.

Əri qoltuğunda bükülü bağlama, narazı sifətlə içəri girib əyri-əyri ona baxdı, sonra bükülünü güzgünün qabağına elə qoydu, elə bil o, bükülünün içindəkini görəndən sonra bayaqkı yersiz hərəkətinə görə xəcalət çəkib yerə girəcəkdi.

Bura nədi səninçün, mehmanxanadı?..

– ...

Sənnənəm.

Əri indi bükülünü açırdı. Açıb əliylə göstərə-göstərə:

Telefondu, – dedi.

Telefonu neynirəm?..

O gün demirdin?!..

O gün çox şey deyirdim, onlar niyə qalmadı yadında?..

deyirdin?..

Deyirdim, bura mehmanxana döyül, gec gəlsən, küçədə qalacaqsan...

Di bəsdi, yaxşı.

yaxşı? Yadında bircə telefon qaldı da, ? Axı ən asanı budu?!.. Çətinievə gəlməkdi, evdə oturmaqdı, məni görməkdi!

Əri sualtı çəkisizliyi andıran ləngliklə çəkmələrini soyunub başmaqlarını geyinirdi.

Nəyə gəlmisən? Yatmağa yerin yoxdu?..

– ...

Bu da təzə çıxdı. Hər gələndə qoltuğunda bir şey gətirir. Nədi bu, rüşvətdi?

Başın xarab olub sənin.

Xarab olar da.

Əri mətbəxə keçib bir müddət orda iləsə məşğul oldu.

Yataq otağına qayıdıb qapını çırpdı. Yerinə girib nəfəsi təngiyə-təngiyə fikirləşdi ki, indi əri mətbəxdə yuxusu gözündən tökülə-tökülə vaxt udur, onun yuxuya getməyini gözləyirGözləyir yuxuya getsin, ölü kimi lal-dinməz uzanıb qalsın ki, onu rahat buraxsın, iynəli suallarıyla zəhləsini tökməsin. Əri bu dəqiqə ölüylə yatmağa razıydı, təki onun deyinməsini eşitməsin.

Fikirləşdi ki, niyə bu vaxtacan ağlına gəlməyib ki, əri onun ölümünü istəyir?..

, əri onun ölümünü istəyirdi. Çünki hər gecə ona “rüşvət” daşımaqdan cana doymuşdu, hər gecə nadinclik eləyən uşaq kimi qapının ağzında başıaşağı dayanmaqdan zinhara gəlmişdi. Hər axşam qanadlanıb uça-uça getdiyi rəngbərəng, al-əlvan məclislərdən buradarısqal dustaqxananı andıran yarıqaranlıq evinə qayıdanda pillələri zorlahər ayağından pud asılmış kimi qalxırdı, qalxdıqca da ürəyində min dəfə Allahdan ona ölüm diləyirdi... Çünki gecələrlə balışına dirsəklənib onun üzünü, eybəcər xəritəni tədqiq edəntək, müşahidə eləməkdən, nəfəsinin vaxt kəsiləcəyini gözləməkdən bezmişdi.

Əri hələ mətbəxdə idi. İndi ləng qurtumlarla, deyəsən, su içirdiYoxsa, əllərini yuyurdu?.. Axır idisə, su səsi gəlirdi.

Nəfəsini qısıb sakitliyə diqqət kəsildi.

Su səsi, deyəsən, hamamdan gəlirdi.

Ayağa qalxıb barmaqlarının ucunda dəhlizə çıxdı, səssiz addımlarla mətbəxə sarı yeridi...

Hamamın qapısı yarıaçıq idi... əri vannanın kənarına oturub dizlərinə dirsəklənmişdi. Əlüzyuyandan şırhaşırla su axırdı.

...Qapını aralayanda əri dik atıldı.

Burda niyə oturmusan?

– ...

Nəyi gözləyirsən?

Əri pərt-pərt çiyinlərini çəkdi:

Heç nəyi.

Bəs niyə yatmırsan?

– ...

Ürəyin bulanır, ?

Ürəyim niyə bulanır?

Məni görəndə ...

Əri nəfəsini dərib üzünü yorğun halda yana çevirdi:

Yenə başlandı da...

Qulaq as, bulanırsa, de ki, bulanır. Nədən qorxursan?..

Nədən qorxuram?.. Heç nədən qorxmuram.

Onda de .

deyim?

Denən zəhləm gedir səndən...

Getmir axı?!

– ...

Ayrılmaqdan qorxursansa, sənədlə ayrılmarıq, amma mənimlə oynama. De, mən işimi bilim

işini?.. – qəfildən əri suyu bağlayıb sınayıcı nəzərlərlə onun üzünə zilləndi.

Yəni… – dedi hiss elədi necə saçlarının dibinəcən bütün bədəni od tutub yandı.

, yəni?.. – əri dedi.

Hiss elədi ki, qızarır. O qızaranda ərinə elə bil od vururdular. Elə bil onun bu qızarmağında ədəbsiz olan isə vardı.

Ərinə indi elə bil od vurdular, bayaqdan xumarlanmaq üzrə olan yuxulu gözləri birdən-birə iri-iri açılıb işıldadı:

, niyə susdun?.. Davam elə.

Hiss elədi ki, lap pörtdü. Pörtüb, Allah bilir, qaraya çaldı.

 

Əri vannanın kənarında oturub ona baxırdı... qəfildən hamamın qapısını çəkib arxadan bağladı.

Uşaqları dəhlizin o başından avazımış bənizlərlə ona baxırdılar:

Ana, ata neyləyir orda?..

Ata ölüb!!!

Bunu çığıran əri idi. Səsi gecənin sakit qaranlığında əks-səda verib elə bil küçəyə yayıldı. Uşaqlar səs-səsə verib ağlaşdılar...

Uşaqları birtəhər ovudub yerlərinə sala-sala fikirləşdi ki, hər yaz belə başlayır

Andıra qalsın bu yaz fəslini!..  

                                                                                                                 1988