MƏDƏD

Tozlu ayaqqabılarına, ətəyi yeyilib ağarmış şalvarının balaqlarına baxa-baxa yeriyirdi. Yeridikcə ayaqlarına yazığı gəlirdi. Gör bir neçə illərdən bəriydi onu minnətsiz-filansız daşıyırdılar. Ürəyi hara istəyirdi, aparırdılar, gətirirdilər.

Səhər açılandan mağazaları gəzib-dolaşırdı. Əslində, almalı bir şeyi yox idi, amma gəzib-dolanırdı. Qızıl dükanında üzüklərə, sırğalara baxırdı, qiymətlərini bir-biri ilə tutuşdururdu. Ordan çıxıb oyuncaq dükanına girirdi, orda balaca maşınların, velosi­ped­lə­rin yan-yörəsinə hərlənə-hərlənə, satıcıları yöndəmsiz suallarıyla bezdirə-bezdirə, çığırda-çığırda tapançaları, balaca pianoları əlinə alıb bir-bir yoxlayırdı, taqqıldadırdı, dınqıldadırdı. Fasilələrdə yaxınlıqdakı kafeyə girib orda ürəyinə yatandan alıb yeyirdi, sonra lap səhərdən nəzərdə tutduğu seansa bilet alıb kinoya girirdi. O kinodan çıxıb, o birisinə bilet alırdı yenə mağazaları dolaşırdı, evə qaş qaralanda qayıdırdı.

Mədədin istirahət günləri belə keçirdi. Dəyişən bircə filmlər olurdu. Təzə film olmayanda məcbur olub, yaddaşını söndürüb gördüklərinə bir təzədən elə baxırdı, elə bil birinci dəfə baxır. O da alınmayanda daha ekrana yox, gözaltı qaranlıq zalın arxa cərgələrində oturub, orda-burda cüt-cüt qucaqlaşıb öpüşənlərə baxırdı.

Bir sözlə, istirahət gününü maraqlı keçirməkdən ötrü Mədədə heç kim lazım olmurdu. Nəyə görə kinoya kiminləsə getməliydi, yan-yana, dirsək-dirsəyə oturub bir filmə ikilikdə baxmalıydı ki?.. Təklikdə baxanda məgər filmin ləzzəti itirdi?.. Yaxud niyə kafedə mütləq kiminləsə üzbəüz oturub kiminsə ağız-burnuna baxa-baxa çörək yeməliydi?.. Bu vəhşilik idi, ümumiyyətlə?..

Mədəd evdə bu prinsipinə sadiq qalırdı. Evdə keçirdiyi saatlarda da kiminləsə üzbəüz, ya yanaşı oturub haqdasa danışmağa, ya yeməyə heç vaxt marağı, həvəsi olmurdu. Telefona cavab vermək məsələsi isə Mədəd üçün evə dair işlərin ən faciəvisi idi. Hər zəngdə cavab verməli olduğu “necə-nətərsən”lərdən, “can-baş”, “kef-əhval”lardan can qurtarmaqdan ötrü dəstəyi yerinə atmaqdan özünü zorla saxlayırdı. Bəzən dözməyib dəstəyi, o üzündə kimsə danışa-danışa atmalı olurdumənasız suallar yığnağına “hm” deyib mızıldanmaqdan zinhara gəlib danışığı kəsir, zəng vuranlarla qanacaqsız davranışına görə sonradan evdəkilərin danlağına qulaq asmalı olurdu.

Ümumiyyətlə, insan münasibətləri ilə bağlı Mədəd çox şeyi anlamadığını dərk edirdi. Başa düşə bilmədiklərindən ən başlıcasıbir-birilərindən heç bir vəchlə qopmaq istəməyən insanların bitib tükənməz ünsiyyət həvəsi idi. Adamların ardı-arası kəsilmədən bir-birilərinə zəng vurub saatlarla telefondan asılmaları, bununla da doymayıb bir-birinin evlərinə gedərək, orda gecədən keçənə qədər hey haqdasa həvəslə danışa-danışa “döşək çürütmələri” onda həmişə qəzəbli bir heyrət doğururdu.

Əlini zəngin düyməsinə basıb gözlədi. Qapını haçandan-haçana kiçik qardaşı açdı. Açıb üzünə baxmadan, əsəbi addımlarla mətbəxə getdi.

İçəri keçib ayaqqabılarını soyuna-soyuna fikirləşdi ki, olsun ki, yenə hansısa təcili işindən ayırdı onu. Sonra da fikirləşdi ki, adamın qədər təcili işi olarmış?!..

Qardaşı yenə arvadıyla mətbəxdə isə düzəldirdilər. Yenə isə qururdular, sökürdülər, yığırdılar.

“Hamısı bekarçılıqdandı”, – fikirləşdi dinib-danışmadan otağına keçdi. Orda kreslosuna əyləşib televizorun düyməsini basdı bayaq qəzet köşkündən alıb gətirdiyi təzə qəzetləri iyləyə-iyləyə vərəqləməyə başladı. 

***

Gecəyə yaxın balaca mətbəxdə tərpənməyə yer yox idi. Anası bir əli belində qaz pilətəsinin qabağında dayanmışdı, paltarbasan ağacla pilətənin üstündəki yekə vedrədə buğlanan ağları basırdı.

Qardaşı elektrik ütüsünü açıb içalatını stolun üstünə boşaltmışdı, nazik bıçaqla ütünün içini qurdalayırdı.

Qardaşı arvadı əlində sıyıq dolu çuxur, qorxulu səslər çıxara-çıxara körpəsinə nağıl danışırdı.

Nənəsi yan otaqda üzü divara dayanıb namaz qılırdı.

Bütün bunları Mədəd bayaqdəhlizdən otağına keçərkən, yolüstü gördü. Televizoru yandırıb üzbəüzdəki kreslosuna yayxandı. Qəzetləri bir o üz-bu üzünə çevirib diqqətlə iylədi fikirləşdi ki, qəribədi, əvvəllər yalnız qəzetləri iyləyirdi, mətbəə şriftinin, qəzet kağızının iyindən həzz alırdı. Axır vaxtlarsa hər şeyi iyləyir. Pencəyini , süfrəni , əllərini , televizorun ekranını da... Axır vaxtlar iyləməkonun üçün yemək, yatmaq, nəfəs almaq kimi, gündəlik həyat ehtiyacına çevrilib. Özü qəribə olan budu ki, hər qoxudan bir ovqata düşür. Süfrənin qoxusundan narahatçılıq hissi, dəmir qaşığın qoxusundan kədər, pencəyinin qoxusundan nəyinsə nisgilini duyur.

Olsun ki, hər bir şeyin qoxusu o əşyanın məlumat daşıyıcısıdır, – fikirləşdi burnunu otaq boyu gəzdirib havanı iylədi, bu gün otağında təmizlik işləri aparılıb. Havadan təmizləyici tozun yenicə qurumuş döşəmənin iyi gəlir. Televizorun ekranına düşən əksinə baxa-baxa fikirləşdi ki, hər şeyi iyləməkdən burun pərələri enlənib. Burnu indi elədi, elə bil o, həyata da bundan ötrüiyləməkdən ötrü gəlib. Özü təkcə qəzetlərin, süfrələrin, corabların iyini yox, adamların da iyini bilməkdən ötrü. Məsələn, artıq gör bir neçə illərdi ki, dəqiq bilir: anasının iyi nənəsinin iyiylə, demək olar ki, birdi. Yaxud qardaşının iyindən niyəsə ürəyi sıxılır sair ilaxır. Qəribədi ki, bircə öz iyini bilmir. Bu barədə həmişə tramvayda yol gedəndə, bir axşamlarsoyunub yerinə girəndə, hərdən səhərlərhamama keçib orda güzgünün qabağında dayanıb üzünə baxa-baxa dişlərini yuyanda fikirləşir. Fikirləşir ki, bəlkə, öz iyi heç yerli-dibli yoxdu?..

Televizorda yaşıl qabıqlı həşərat yığnağının yaşayışını göstərirdilərHəşəratlar bir-birinin başına dırmaşa-dırmaşa, həm elə bil isə eləyirdilər.

Corablarını çıxarıb döşəmənin bir küncünə atdı. Ayaqları bütün günü şəhəri gəzib-dolaşmaqdan yapışqan kimi idi. Fikirləşdi ki, çimmək lazımdı. Çimməyinin vaxtı çatanda az qalırdı havalana. Çünki hər şeydən əvvəl, ayağa qalxıb özünə təmiz pal-paltar hazırlamalıydı, sonra hamamı isitməli, soyunub soyuq vannanın içinə girməliydisonra sabunlar, liflər, daraqlar

Bir evlənmək məsələsi yadına düşəndə, ürəyi az qalırdı dayana. Nənəsinin dediyinə görə, evlənməsəydi, qocalanda ona həyan olan tapılmayacaqdı. Nənəsi ölüb gedəcəkdi, anası da əvvəl-axır qocalacaqdı. Beli əyilib, dizləri əsəcəkdi. Onda onun xörəyini kim bişirəcəkdi, çörəyini kim alacaqdı?.. O özü , günlərin bir günü qocalıb əldən düşəcəkdi, daha küçələri indiki kimi, təkbaşına gəzib dolaşa bilməyəcəkdi. Gözü televizorda göstərilənləri seçməyəcəkdi, qəzetlərin şriftlərini görməyəcəkdi. Qulaqları da göy gurultusundan savayı, heç eşitməyəcəkdi

İçini çəkib yorğun-yorğun fısıldadı. Mütləq evlənməliydi. Kiçik qardaşının qızı artıq məktəbə gedirdi. O isə qorxurdu. Tələm-tələsik evlənib özünə öz evinin içində dərindən-dərin bir quyu qazan evli qardaşının gününü görürdü, ona görə. Bir ona görə ki, evlənəcəyi qızı axtarıb tapmağın özü elə asan məsələ deyildi. Bunun üçün o, azı beş-altı qızla tanış olmalıydı, bu qızların hərəsiylə heç olmasa bir dəfə gəzintiyə çıxmalıydı, bir-iki dəfə kafeyə, kinoya, teatra getməliydi, oturuşlarına, duruşlarına fikir verməliydi ki, hal-xasiyyətlərinə bələd olsun. Yalnız bu yorucu məşəqqətli prosesdən sonra kiminlə evlənəcəyinə qərar verməli ömrünün axırınacan həmin o “bəyənib seçdiyi” ilə üz-üzə, göz-gözə qalmalıydı. Əkiz heyvan tayları kimi, onunla bir yatıbbir durmalıydı, bir yeyib, bir içməliydi, bir yerdə qarıyıb, qocalıb ölməliydi. Nənəsinin deməyinə görə, həyatın qanunu bu idi. Bunu anası da deyirdi, balaca qardaşı da

Bir onu narahat eləyən məqam evlənəndən sonra arvadının ondan nələrsə tələb eləyə biləcəyi idi. Yerini rahatlayıb fikirləşdi ki, arvadı ondan nələr tələb edə bilərdi, görən?.. Hər dəfə bu yerə gəlib çatanda qanı qaralırdıqardaşının çətinlikləri gözünün qabağına gəlirdi

Qardaşı evlənəndən bəri tamam dəyişmişdi. Həmin o gülərüz, zarafatcıl adamdan əsər-əlamət qalmamışdı. Anası deyirdi ki, hamısı ailə qayğılarındandı. Evlənəndən bəri qardaşı da, qardaşının arvadı da elə bil qocalmışdılar. Əzazil xozeyinin tapdağı altında inləyən təhkimli kəndlilər kimi gecə-gündüz işləyirdilər, nəyisə söküb-tikirdilər, yamayırdılar, yuyub-ütüləyirdilər, işləri bitəndə uşaqlarını döyüb, mübahisə eləyib qab-qacaq sındırırdılar...

Onu da belə bir həyat gözləyirdi... – televizorda qaynaşan naməlum cücülərin nizamsız hərəkətlərinə baxa-baxa dərdli-dərdli fikirləşdi. Sonra oldusa, qəfildən boğazını qəhər tutdu. Axı həyat niyə belə qurulmuşdu?.. Onun ki qadına, uşağa ehtiyacı yoxdu, başını aşağı salıb sakitcə yaşayır özü üçün. Heç kimə dəyib-dolaşmır, bir kimsəylə işi yoxdu. Hər səhər evdən çıxıb kitabxanaya yollanır, orda başı şişənə qədər, qulaqları guruldayana qədər işləyir, yazır, pozur, köçürür. Müdafiəsinin vaxtına da az qalıb daha. O isə hələ bölmələrin, fəsillərin içində itib-batmaqdan zövq alır. Yazıb başa çatdıracağı, ümumiləşdirib yekun nəticəyə gətirib çıxaracağı məsələləri bir , dönə-dönə, xüsusi  həzzlə gözdən keçirir, yoxlayır bundanşəhərin mərkəzində yerləşən qədim kitabxananın akademik sakitliyinə qərq olmaqdan, çöl həyatının mənasız məzmunsuzluqlarından gizlənib xilas olduğu bu şəfqətli elm ocağının bakirəliyindən izaholunmaz bir rahatlıq, əmin-amanlıq duyur. Nöqtəni qoyub dissertasiyanı təhvil verməyəkitabxana ilə vidalaşmağa ürəyi gəlmir. Çünki dəqiq bilir: anasının da, nənəsinin , günləri həsrətlə saya-saya gözlədiyi müdafiəhər şeyin sonu, əbədiyyət qoxulu bu dəyişilməz rahatlığın axırı olacaq.

Ürəyi əsəbilikdən çırpına-çırpına fikirləşdi ki, heç dəxli var?!.. O da belə yaşayır. Bəlkə, heç qocalmayacaq? Beş-on ilə elə beləcəoturduğu yerdə, fəsillərin arasında eşələndiyi yerdə öləcək?..

Yoxsa, nənəsi deyən kimi, qocalacaq?.. Qocalıb əldən düşəcək, qocalıqdan ölümünəcən iniltiyə, zıqqıltıya bənzər uzun-uzadı, sarımtıl bir ömür yaşayacaq, köhnə bezi andıracaq həmin o sapsarı, mənasız illəri yorğan-döşəkdə keçirməli olacaq?.. Bax, məhz onda arvadı, uşaqları, nəvə-nəticələri, nənəsi deyən kimi, yatağının ətrafına toplaşacaqlar, gözlərini ona zilləyib boğazına qaşıq-qaşıq şorba tökəcəklər. Öləndən sonra isə gözlərini arvadı yumacaq, onu kəfənə büküb hörmətlə, ədəb-ərkanla basdıracaqlar.

Nənəsi deyirdi ki, onların nəslində hamı qocalığını bu sayaq ədəb-ərkanlaxəstələnib yorğan-döşəkdə keçirəndən sonra; uşaqları, nəvələri başına yığılıb ona qaşıq-qaşıq şorba içirəndən sonra adam kimi can verə-verə ölüb.

“İt kimi yaşaadam kimi öl!..nənəsi evlənməkdən söhbət düşən kimi deyirdi. Deyən kimi də bükülü kürəyini dikəldirdi. Elə bil bu məsəldən xüsusi zövq alırdı.

Anası onu hökmən evləndirəcəkdi. Bunu, son vaxtlar onunla mülayim danışmağından bilirdi. Anası qız da tapmışdı, uzaq qohumlarından idi. Mədəd gələcək həyat yoldaşını görməsə , qız tez-tez yuxusuna girirdi.

Yuxuda evlənəcəyi qızonun gələcək həyat yoldaşı kök, bığlı bir arvad idiəlini belinə vurub gah qaz pilətəsinin qabağında iri çömçəylə dovğa bulayır, gah xəmir kündələyir, gah da alnının tərini qoluyla silib, Mədədin üzünə gülə-gülə qabağına yeriyirdi.

Dəhlizə taqqa-turuq düşmüşdü. Olsun ki, yenə qardaşıyla arvadı idi. Allah bilir, yenə mebellərin yerini dəyişirdilər. Qardaşıyla arvadının qapının şüşəli hissəsin­dən görünən kölgələri bir-birini ötə-ötə o baş-bu başa gedib-gəlir, isə daşıdıqları bilinirdi.

Bu dəqiqə hansı birisə Onun otağının da qapısını açıb içəri boylanacaqdı, əvvəl yaxşı-yaxşı: “Mədəd, yatmamısan?deyib üzünə zillənəcək, sonra: “Görmürsən, ölürük?.. Bəlkə, ayağa qalxasan, sən işin bir qulpundan yapışasan?!.

İş qazandı-nədi ki, qulpundan yapışasan?! – Mədəd fikirləşib ehmal hərəkətlərlə ayağa qalxdı, paltarını soyunmadan, yatağına girib yorğanı başına çəkdi.

Belədə, yorğanaltı qaranlığın isti havasızlığında uzaq uşaqlıq illəri yadına düşürdüYenə o illəri xatırladı. Tətillərdə nənəsigildə qalmağını, nənəsinin onun üçün kağızdan düzəltdiyi dovşanabənzər əcaib fiqurları, qəzetdən düzəltdiyi futbol meydançasını, balaca futbolçuları, noxuda oxşayan kağız topları, mürəbbə üçün təmizlənmiş ərik, gilas dolu iri ləyənlərin içinə girib, hıçqırana qədər yeyib doyandan sonra, ləyənin içindəcəərik gilas tumları arasında yatmağını xatırlayıb qəhər­ləndi...

Fikirləşdi ki, qəribədi ki, onda nənəsi ona heç nəyə görə acıqlanmırdı, mürəbbəni zayladığına görə onu cəzalandırmırdı. O birilərə isə acıqlanır, qardaşını saatlarla üzü divara küncdə dayanmağa məcbur edirdi.

Olsun ki, nənəsi onu hamıdan çox istəyirdi, – fikirləşib əsnədi. O qədər istəyirdi ki, onu nəinki küçəyə, gecələr subaşına getmək lazım gələndə, həyətin o başındakı ayaqyoluna getməyə qoymurdu. Günortalar isə, həyətin bütün uşaqları küçəyə çıxıb topaldıqaç, ənzəli, beşdaş oynayanda o bu oyunlara yalnız pəncərədən baxmaqla kifayətlənirdi. Onda yadına gəlir, həyət , əl-üzləri toz-torpağa bulaşıb çirklənən, səsləri küçəni başına götürən həyət uşaqları da ona, televizorda baxdığı filmlər kimi uzaq əlçatmaz görünürdülər

Elə bil güllə açıldı. Dik atılıb yerinin içində oturdu.

Qardaşı otağın ortasında dayanıb ona baxırdı. Əlindəki ütülü şalvarı, , nişastalı köynəyi təmiz corabları üstünə atıb, qəribə ikrahla:

Ayağa qalx! Evə adam gələcək, – deyib çıxdı.

Qardaşının hirsi, otağın qapısı çırpılandan bir müddət sonra da pəncərənin pərdələrini yellətdi, kitab rəflərinin şüşələrini cingildətdi.

Fikirləşdi ki, görən, niyə evlənəndən bəri qardaşı ona belə nifrət eləyir?..

Qardaşını əsəbiləşdirən, ona qarşı ikrah yaradan olsun ki, üzündəki sakitlikdi. , elədi. Çünki dəfələrlə olmuşdu ki, gecə-gündüz arvadıyla bir isə söküb-tikməkdən, qurub yaratmaqdan əldən düşən  qardaşının onun yuxulu gözlərinə baxdığı yerdə özünə nifrət elədiyini hiss eləmişdi. O öz otağında bədəninin quruluşunu alan kreslosunda, ya çarpayısında yayxananda qardaşı əlində süpürgə-xəkəndaz, uşaqları­nın töküb-töküşdürdüyü zir-zibili yığırdı. Qardaşı nahar fasiləsində acından üzülə-üzülə evə qaçanda o, qapınıçiynində yorğan, əsnəməkdən ağzı cırıla-cırıla açırdıO, bütün gecəni San-Remodan verilən estrada festivalından feyz alanda qardaşı o biri otaqda xəstə uşağını qolları keyiyənəcən o baş-bu başa gəzdirir, arada bir səbri tükənəndə isə, qucağında uşaq, qapısını açıb üzündə müharibə filmlərindəki təhqir edilmiş alçaldılmış insanlarınkına bənzər ifadə:

Bəlkə, televizorun səsini bir qədər alasınız, Mədəd müəllim?!.. – deməkdən özünü saxlaya bilmirdi.

Belə vaxtlarda qardaşı ona elə nifrətlə baxırdı, elə bil artıq bir söz desəydi, tüpürəcəkdi üzünə. Elə baxırdı, elə bil qucağındakı uşaq onunku yox, Mədədinki idi.

Hərdən Mədədə elə gəlirdi ki, qardaşının ona paxıllığı tutur. Çünki son günlərin müşahidələrindən Mədəd bu nəticəyə gəlmişdi ki, qardaşının qanı məhz onu görəndə qaralırMəhz onu görəndə qardaşını elə bil arı sancırdı, dəli cöngəyə dönüb evin döşəməsini titrədə-titrədə, əsəbi addımlarla o baş-bu başa yeriyirdi, otaqların qapılarını çırpırdı, uşaqlarını itələyir, acıq eləyib dilinə günlərlə çörək vurmurdu. Qardaşı içinə yığılan bu nifrətin əsl səbəbini isə anasının, ya Mədədi canından çox istəyən nənəsinin qorxusundan dilinə gətirə bilmirdi. Odu ki, qardaşının bütün hirsi-hikkəsi gözlərinə yığılmışdı. Odu ki, qardaşının gözləri, içinin hirsinə davam gətirmir, qan çanağına dönürdü.

Çarpayısının aşağı tərəfinə sərilən ütülü şalvara baxdıqca dünən səhər yeməyi vaxtı anasının söhbəti – uzaq qohumları Xədicə xalanın onlara gələcəyini ona bəyəndirmək üçün özü ilə həmin o qızı da gətirəcəyi haqqında elədiyi söhbət yadına düşdüXədicə xalanın mehribanlıq səadət saçan parıltılı üzü gözünün qabağına gəldi Mədəd Xədicə xalanın gətirəcəyi qızla bu gün tanış olandan sonra onu, Xədicə xalanın planına uyğun evlərinə ötürməli olduğunu xatırladı, qanı qaraldı.

Tanışlıq mərasiminin gərginlik saxtalıq dolu darıxdırıcı havası hardasa ətrafında dolandı. Dikəlib ayaqlarını döşəməyə salladı fikirləşdi ki, indi o, bu boyda işin öhdəsindən necə gələcək? O boyda gərginliyin altında neyləyəcək?..

Qapı astaca cırıldadı. Qapının arasından nənəsinin başı göründü. Nənəsi içəri girib başmaqlarını sürüyə-sürüyə ona yaxınlaşdı, başının üstünü alıb:

Ayağının altında ölüm, qadalarını alım, Mədəd, – dedi qırışlı dodaqlarını onun alnına yapışdırıb öpdü, sonra çarpayısının qırağında oturub yazıq-yazıq üzünə baxdı.

Di dur, geyindirim səni, bala, – dedi. Elə dedi, elə bil ona yazığı gəlirdi. 

*** 

Qonaq otağında iri stol açılmışdı, süfrə bəzənmişdi.

Qardaşı stolun arxasında yox, divanın küncündə oturub altdan-altdan, qanlı-qanlı onu süzürdü, ütülü şalvarının şax qatlarına nifrətlə baxırdı.

Fikirləşdi ki, olsun ki, şalvarını qardaşı ütüləyib, odu ki, elə qanlı-qanlı baxır. Baxır ki, utansın, ölüb yerə girsin.

Özünə təzəcə yer eləyib oturmuşdu ki, qapının zəngi vuruldu çox keçmədi ki, otağa Xədicə xala daxil oldu, kök ayaqlarını döşəməyə yumşaq-yumşaq basa-basa üstünə yeriyib o üzündən-bu üzündən elə öpdü, elə bil ondan həyat əhəmiyyətli hansısa məsələnin həlli asılı idi. Sonra dəhlizə çıxdıbu dəfə içəri qızla birgə girdi. Qız Mədədin gözlədiyindən gözəgəlimli, həm də, deyəsən, utancaq idi. Qapıdan içəri girməyiylə, çıxıb mətbəxə qaçmağı bir oldu. Bütün axşamı orda oturub gözə görünmədi. Orda xörək çəkdi, qab yudu, çay dəmlədi. Elə bil qulluqçu işinə düzəlməyə gəlmişdi, bacarığını göstərirdi.

Süfrə arxasında gedən söhbətlər ömrün qısalığına, dünyanın faniliyinə, insanın həyatı boyu üzləşdiyi çətinliklərə sinə gərməsi üçün arxa cəbhəyəyəni ailəyə ehtiyaclı olmasına sair ilaxır, bu səpkili mövzuları əhatə etsə , Mədəd başını aşağı salıb kəlmə belə kəsmədən, dinməz-söyləməz şam yeməyiniçox sevdiyi yarpaq dolmasını yeməklə, üstündən alma piroqu ilə iki stəkan çayını içməklə məşğul oldu.

Məclisin axırına yaxın Xədicə xala mətbəxə keçib qızla bir qayıtdı, qolundan tutub sürüyə-sürüyə içəri saldı, özü əllərini belinə vurub qələbə təntənəsi ilə Mədədin üzünə baxdı. Qız ona dikilən baxışlardan gizlənəntək, özünü stolun arxasına salıb  oturdu, başını aşağı salıb ölüm hökmü gözləyəntək, nəyisə gözləməyə başladı.

Mədəd qızın dolu yanaqlarına baxıb fikirləşdi ki, əlbəttə, o onlarla birgə oturub çörək yesəydi, daha məqsədəuyğun təbii alınardı – bunu eləmədi. Amma indi evə çatan kimi mətbəxə cumacaq, orda soyuducudakıları masanın üstünə boşaldıb nəfəsi kəsilənəcən yeyəcək.

Qızın gərginliyi getdikcə azalmaq əvəzinə, elə bil daha da artırdışifon yaxalığının narın titrəməsindən ürək döyüntülərinin getdikcə bərkidiyi bilinirdi. Özünü elə qurutmuşdu, elə bil burdabir neçə adamın əyləşdiyi süfrə arxasında yox, bütün şəhərin diqqət mərkəzindəhansısa sürüşkən yüksəkliklərdə oturmuşdu, saysız-hesabsız insanlar da üzünə tuşlanmış gur projektorların işığı altında onun burnunun, dodaqlarının hərəkətini izləyirdi...

Mədəd qızın gərginlikdən tarıma çəkilmiş üzünə, bir-birini didişdirən əllərinə baxa-baxa fikirləşdi ki, belə vəziyyətdə adam oturduğu yerdə ölə bilər. Sonra kövrək həyəcan dolu gözlərini üzünə zilləyən anasına baxıb fikirləşdi ki, belə bir qızı seçməkdə, əslində, anası da, nənəsi haqlıdı. Onun arvadı məhz belə bir qız olmalıydı. Utancaq, qaradinməz, başıaşağı. Ən əsası da o idi ki, qızın ona dəyib-dolaşmaq ehtimalı çox cüzi idi. Sonra qızla birgə yaşayacağı evlilik həyatını gözünün qabağına gətirdi. Elə bil pis deyildi

O, adəti üzrə bədəninin quruluşunu almış kreslosuna yayxanıb televizora baxırdı, yaxud küçələri veyillənə-veyillənə beyninə istirahət verirdi. Qız isə hardasa o biri otaqlarda iləsə məşğul olurdu, isə yuyurdu, təmizləyirdi, nəyisə qaşıyırdı, dəmir sürtkəclə sürtüb parıldadırdıo, yanından ötəndə isə uzaqbaşı, gözlərini qaldırıb həmin bu utancaqlıqla, səssiz-səmirsiz üzünə baxırdı.

Bir son bir neçə ay üzünü gördüyü yuxularından, ya nənəsinin səsinin titrəməsindən, Mədədin ürəyinə dammışdı ki, bu qızı da rədd eləsə, nənəsi demişkən, “bayquş tənhalığına düçar olacaq, qocalıb yatağa düşəndə, evin bir küncündə, kirli yorğan-döşəyində zarıya-zarıya uzanıb qalacaqbir qurtum su üçün heysiz-heysiz zarıyacaqsa da, inildəyib ağlayacaqsa da, səsini eşidən olmayacaq, susuzluqdan quruyub qaxaca dönən dili damağına yapışa-yapışa, taqətsizlikdən əsə-əsə ayağa qalxıb pəncərənin qabağına sürünəcəksə , orda pəncərənin laylarını taybatay açıb qışqırmaq – adamları köməyə çağırmaq istəyəcəksə , səsi çıxmayacaq, nəfəsi gəlməyəcək elə ordacapəncərənin məhəccərindəncə, bədəninin yarısı çölə sallanmış vəziyyətdəcə canını tapşıracaqAmma kimə?.. Kimə tapşıracaqdı? Məsələnin qaranlıq tərəfi elə bu idi…” Onun bu tənhalıq faciəsinin tamaşasına bütün həyət, bütün küçə yığışacaq bu, ailə həyatının qədrini bilməyən insanların yaddaşında silinməz bir iz buraxacaq, unudulmaz bir dərs olacaq. Bir dəfə Mədəd bunu yuxusunda da görmüşdü. Yuxuda pəncərədən asılıb öldüyü yerdə qəfildən dirilib ayağa qalxmışdı, pəncərəyə çıxıb səsi gəldikcə, bütün həyətə:

Ay camaat, məni dinləyin!! Ailəinsan həyatında mütləq vacib olan həyat əhəmiyyətli bir zərurilikdir!!. – deyə çığırmışdı.

İndi bu qızla da evlənməsəydi, axırı mütləq belə olacaqdı… – Mədəd fikirləşdi qızın ucları xırda-xırda qıvrılan saçlarına baxdı, yarımçıq kompotunu birnəfəsə başına çəkdi.

Evə getmək vaxtı çatanda qız utandığından, ya nədənsə, qızarıb qaraldı, alnında tər puçurlandı, bir az da elə bil qəddi əyildi. Olsun ki, bu axşamkı plandan o da xəbərdar idi.

Qızın bu halına baxdıqca Mədədin ürəyi ağrıdı. 

*** 

Bütün yolu bir-birinə baxmadan, kəlmə kəsmədən, yanaşı addımladılar.

Qız bacardığı qədər incə səssiz yeriməyə çalışırdı deyə, addımbaşı büdrəyir, gah da çəkməsinin hündür dabanı asfaltın üstündə sürüşüb ətürpədən səslər çıxarırdı ki, bu da Mədədin əsəblərinə toxunurdu. Bir qız öz yerişi ilə çox məşğul olduğundan, ya nədənsə, yeridikcə fısıldadığını, deyəsən, hiss eləmirdi.

Mədəd əzab çəkə-çəkə fikirləşdi ki, olsun ki, burnunda əti var bu fikirdən birdən-birə küçələr , adamlar da gözünə niyəsə yazıq kədərli göründülər. Sonra birdən necə oldusa, qız yenə büdrədi. Mədəd qızın qolundan tutmaq istəyəndə, qız ikiəlli Mədədin qolundan yapışıb daha buraxmadı – büdrəməyi elə bil Allahdan düşmüşdü...

Bir müddət belə addımladılar.

Bir qədərdən sonra Mədədin birdən-birə ürəyi darıxdı, beyninə axmaq-axmaq fikirlər gəldi ki, guya qız bir də heç vaxt onun qolunu buraxmayacaq. Gözləri qaraldı… Qolunu  sərt hərəkətlə sivirib qızın qucağından çıxartdı

Bayaqdannan fikirləşdikləri alt-üst olmuşduOnu təsəvvürünə gətirdiyi həyat gözləmirdi. İndi böyrü ilə addımlayan bu qız evlənəndən sonra onun özünü belə bərk-bərk qucaqlayıb bağrına basacaq, tərpənməyə, nəfəs almağa imkan verməyəcəkdi. Beynində ildırım kimi çaxan bu fikrin vahiməsindən, bədənindən sopsoyuq bir üşütmə keçdi. Üşüyə-üşüyə fikirləşdi ki, bircə qızı tez evlərinə yola salıb canını qurtarsaydı, yaxşı olardı. Çünki ona deməyə sözü vardı, soruşmağa sualı.

Sonra qəfildən Mədədin hövsələsi lap daraldı, yoldan ötən taksini saxlayıb qapısını açdı. Qız taksiyə baxıb qaşlarını qaldırdı, təəccüblə çiyinlərini çəkib bütün axşam ərzində ilk dəfə dilləndi:

Gəlib çatmışıq axı?!.

Qızın səsindən , artikulyasiyasından da ürəyi bulandı. Qolundan tutub maşına oturtdu, pulu sürücünün qucağına atıb:

Hara deyir, ora sür, – dedi.

Maşın təkan verib yola düzəldi. Mədəd nəfəsini dərib köynəyinin yaxasını açdı, asta-asta evlərinə sarı addımlaya-addımlaya həyatın gözəllikləri haqqında fikirləşməyə başladı. 

* * * 

Bir aydan sonra Mədəd həmin o qızla evləndi.

Evlənən günün səhərisindən arvadıyla evin içində gizlənpaç oynadılar.

Arvadı mətbəxə girəndə, Mədəd eyvana çıxırdı, arvadı eyvana çıxanda Mədəd hamamxanaya qaçırdı. Arvadı onun ardınca hamamxanaya cumurdu və Mədədi orda tapmırdı. Başını qaşımaq üçün əlini qaldıranda arvadı başını qaşıyırdı, çəkməsinin bağını bağlamaq üçün çömələndə arvadı becid tərpənib bağları bağlayırdı, su içmək üçün əlini stəkana uzadanda suyla dolu stəkan burnuna dirənirdi və sair və ilaxır... Ona dəli məhəbbətlə bağlanan arvadının başını qatmaqdan ötrü Mədəd min bir bəhanə tapırdı, bir köynəyi ona beş dəfə ütülətdirirdi, onu gah dükan-bazara, gah Mənzil İstismar Komunal Kontoruna, gah kitab mağazasına göndərdisə də, arvadı bumeranq kimi yenə üstünə qayıdırdı, burnuna dirənib gözünün qabağından çəkilmirdi ki, çəkilmirdi. Mədəd daha əvvəlki vaxtlarda olduğu kimi istirahət günləri kinoya da gedə bilmirdi, kitabxanalarda da əvvəllər elədiyi kimi istədiyi qədər ləngiyə bilmirdi. Çünki e vaxtından gec gələndə, arvadı dizi üstə düşürdü, üzüqoyulu döşəməyə sərilib ağlaya-ağlaya Mədədin gününü qara eləyirdi.

Bir neçə aydan sonra Mədədin arvadı hamilə oldu Mədəd doğulacaq körpənin başını qatmaq üçün tədbirlər planı cızmağa başladı...

Mədədin anası da, nənəsi xoşbəxt idilər. Qocalanda gözünü yummağa artıq adamı vardı Mədədin. Özü də, düz iki adamı.

 

1983